HESABIN SİLİNMƏSİ
eacademy hesabınızı istənilən vaxt özünüz silə bilərsiniz. Təhlükəsizlik üçün silmədən əvvəl şifrəniz yenidən soruşulur.
Mobil tətbiqdə
- Tətbiqə daxil olun və aşağıdakı menyudan Hesab bölməsini açın.
- Menyudan Hesabı sil bölməsini seçin (və ya Təhlükəsizlik tabını açın).
- Hesabımı sil düyməsinə basın, şifrənizi daxil edib təsdiqləyin.
Saytda
- eacademy.az saytına daxil olun.
- Hesab Ayarları → Təhlükəsizlik bölməsini açın.
- Hesabımı sil düyməsinə basın, şifrənizi daxil edib təsdiqləyin.
Hesaba daxil ola bilmirsinizsə
Qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından info@eacademy.az ünvanına “Hesabın silinməsi” mövzusu ilə yazın. Müraciət hesabın sahibi olduğunuz təsdiqləndikdən sonra icra olunur.
Nə silinir, nə qalır
Silinir:
- ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi, sinif, bölmə və digər profil məlumatları;
- profil şəkli;
- imtahan zamanı nəzarət qeydləri;
- bildirişlər və kurs qeydiyyatları.
Adsızlaşdırılmış şəkildə qalır: imtahan nəticələri və sertifikatlar — adınız olmadan, yalnız statistika üçün.
Qanunla saxlanılır: ödəniş qeydləri (şəxsi məlumatsız), qanunvericiliyin tələb etdiyi müddət ərzində.
İstifadə olunmamış biletlər ləğv olunur. Hesabın silinməsi geri qaytarılmır.
Ətraflı məlumat Məxfilik Siyasətindədir. Ətraflı: Məxfilik Siyasəti.